Yaxın Şərqin ən böyük mebel sərgisi
https://azeri.sahartv.ir/news/İran-i277956-yaxın_Şərqin_ən_böyük_mebel_sərgisi
26-cı Beynəlxalq Mebel Sərgisi çərşənbə axşamı günü 400-dən çox şirkətin iştirakı ilə Tehranda işə başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 11:08 Asia/Baku
  • Yaxın Şərqin ən böyük mebel sərgisi

26-cı Beynəlxalq Mebel Sərgisi çərşənbə axşamı günü 400-dən çox şirkətin iştirakı ilə Tehranda işə başlayacaq.

İRİB-in məlumatına görə, çərşənbə axşamı günündən 4 avqusta qədər davam edəcək beynəlxalq sərgi Qərbi Asiyada öz növbəsində ən böyük mebel sərgisi sayılır.

İranlı istehsalçılardan əlavə, İtaliya, İspaniya, Çin, Türkiyə və İsveçrə istehsalçıları da 26-cı Tehran Beynəlxalq Mebel Sərgisində iştirak edəcək.

Sərgi çərçivəsində bir neçə əməkdaşlıq sənədinin də imzalanacağı qərara alınıb.