Rus şirkəti dəmir yolunu yeniləyəcək
https://azeri.sahartv.ir/news/İran-i278196-rus_şirkəti_dəmir_yolunu_yeniləyəcək
Rusiyanın Trans Meş Holdinq Şirkəti İranda dəmir yolu sektorunu yeniləmək və lokomotivlər təhvil vermək üçün İranda müştərək şirkətlər yaradır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 14:32 Asia/Baku
  • Rus şirkəti dəmir yolunu yeniləyəcək
    Rus şirkəti dəmir yolunu yeniləyəcək

Rusiyanın Trans Meş Holdinq Şirkəti İranda dəmir yolu sektorunu yeniləmək və lokomotivlər təhvil vermək üçün İranda müştərək şirkətlər yaradır.

Fransanın Total şirkətindən sonra, bu gün də ölkədə önəmli bir hadisənin şahidiyik. Rusiyanın Trans Maş Holdinq şirkəti ilə bir müqavilə imzalandı. Bu müqavilənin ilkin detalları prezident Ruhaninin Rusiyaya səfərində razılaşdırılmışdı. Rusiyanın Trans Maş Holdinq Şirkəti 2002-ci ildə yaradılan dəmiryolu sənayesində ən böyük şirkətdir. 

İranda lokomotiv istehsalı üzrə bir zavodun Trans Maş Holdinq şirkəti tərəfindən satın alınması proqnoz olunub. Bu şirkət İranın Sənaye İnkişafı və Yenilənməsi Təşkilatı ilə vaqon istehsal edən şirkətlərdən birinin satın alınması və investisiya yatırılmasında iştirak edəcək. 

İranın Sənaye İnkişafı və Yenilənməsi Təşkilatı ilə Rusiyanın Trans Maş Holdinq Şirkəti arasında bu gün imzalanan müqavilənin dəyəri 2,5 milyard avrodur. Bütün məbləğ müştərək şirkət və Rusiya tərəfindən təmin olunacaq. 

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə deyib: İran hökuməti ictimai nəqliyyata böyük önəm verir. iran və Rusiyanın birgə vaqon istehsalı müqaviləsi 30 illikdir və müddəti uzadıla da bilər. 

İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı da İran və Rusiya arasında imzalanan müqavilədən razılıq edib: Nüvə anlaşmasının icrasından keçən ötən bir il yarım ərzində çoxlu heyətlərin mübadilələri oldu və ticarət tərəfləri ilə sıx müzakirələr aparıldı. Düşmənlər tərəfindən həyata keçirilən məkrli planlara rəğmən, bu səviyyədə müqavilə imzalandı. Bu da bu planların uğursuz olduğunu göstərir. 

Trans Maş Holdinq Şirkətinin baş direktoru Kiril Lipa deyib: Bu anlaşmanı İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri çərçivəsində razılaşma ilə İranın Sənaye İnkişafı və Yenilənməsi Təşkilatı ilə imzalandıq. Bizim üçün sanksiyaların əhəmiyyəti yoxdur. Biz sanksiyalar dövründə də İranla əməkdaşlıq etmişik. İran uğurlu və irəliyə doğru inkişaf edən ölkədir və İranla əməkdaşlıq müqaviləsinin imzalanmasına sevinirik.