Kərbəlada İran-İraq iqtisadi konfransı keçirilib
https://azeri.sahartv.ir/news/İran-i278410-kərbəlada_İran_İraq_iqtisadi_konfransı_keçirilib
İran İslam Respublikasının İraqın Kərbəla və Babil vilayətlərilə ticarət fürsətlərinin araşdırılması konfransı bu gün Kərbəlada keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 12:12 Asia/Baku
  • Kərbəlada İran-İraq iqtisadi konfransı keçirilib
    Kərbəlada İran-İraq iqtisadi konfransı keçirilib

İran İslam Respublikasının İraqın Kərbəla və Babil vilayətlərilə ticarət fürsətlərinin araşdırılması konfransı bu gün Kərbəlada keçirilib.

IRIB-nin məlumatına görə, İranın iqtisadi əməkdaşlıqların genişləndirilməsi komitəsinin sədri Səid Ouhədi bu konfransda İran-İraq iqtisadi əlaqələrinin daha da genişləndirilməsi və müxtəlif iqisadi sahələrdəki maneələrin aradan qaldırılmasını istəyib.

İranın Bağdaddakı səfiri İrəc Məscedi də bu konfransda İran-İraq əlaqələrini son dərəcə yaxşı adlandırıb və belə əlavə edib: Ötən üç ayda iki ölkə arasında əllidən çox heyət gediş-gəlişə malik olub və mühüm anlaşma sənədləri də imzalanıbdır.