Avq 02, 2017 19:48 Asia/Baku
  • Şəmxani: ABŞ İranın xərci ilə nüvə anlaşmasından çıxmaq ardıncadır
    Şəmxani: ABŞ İranın xərci ilə nüvə anlaşmasından çıxmaq ardıncadır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: ABŞ-ın xarici siyasətinin prinsipi Vaşinqtona müxalif olan ölkələri təslim və təzyiq etmək məqsədilə nüfuz və təzyiqi tətbiq etməkdir.

Əli Şəmxani bu gün verdiyi media açıqlamasında ABŞ-ın İran xalqı ilə düşmənçiliyinin azalması istiqamətində Əhatəli Müştərək Təşəbbüs Proqramının təsirsiz olduğuna toxunaraq deyib: ABŞ müxalif ölkələrə təzyiq, təslim və təhqir yolunda bütün qanunsuz və şeytani vasitələrdən istifadə edir.

Sadəcə milli potensiallar və iqtidara arxalanaraq ABŞ-ın imperialist siyasətləri ilə mübarizə aparmağın mümkün olduğunu bəyan edən Şəmxaninin sözlərinə görə, ABŞ İranın xərci ilə nüvə anlaşmasından çıxmaq ardıncadır. Bu fürsət isə İran tərəfindən o ölkəyə verilməyəcəkdir.

O xatırladıb: Əhatəli Müştərək Təşəbbüs Proqramını imzalayan beş ölkə ABŞ-ın qarşısında durub və onların hamısı ABŞ-ın nüvə anlaşmasını pozduğunu hesab edirlər. Bu da İran üçün siyasi nailiyyətdir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin müdafiə potensialının inkişafı, xüsusilə də İranın raket proqramının müzakirəedilməz və İranın təbii haqqı olduğunu bildirib.

Teqlər