Avq 03, 2017 21:16 Asia/Baku
  • İran prezidentinin inauqurasiya mərasimində iştirak üçün xarici heyətlər İrana gəliblər
    İran prezidentinin inauqurasiya mərasimində iştirak üçün xarici heyətlər İrana gəliblər

Dünya katoliklərinin rəhbəri Papa Fransisin xüsusi nümayəndəsi, Svazilendin baş naziri, Madaqaskar və Tanzaniyanın parlament sədrləri, Lesotonun xarici işlər naziri və Litva dövlətinin xüsusi nümayəndəsi İran İslam Respublikası prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana daxil olublar.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi şənbə günü 2017-ci il avqustun beşində İranın İslami Şura Məclisində həyata keçiriləcək. 

Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilən İran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, seçkilərdə qalib gəldi.

Dünya katoliklərinin rəhbəri Papa Fransisin xüsusi nümayəndəsi Alberto Orteqa, Tanzaniya məclisinin sədri Cob İnduqai, Madaqaskar parlamentinin sədri Jan Maks Rakotomamonci, Svazilendin baş naziri Barnabas Sibusiso Dlamini və Lesotonun xarici işlər naziri Leseqo Maqoti bu gün səhər Tehrana daxil olublar.

Bu heyətlər İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak istiqamətində edilmiş rəsmi dəvətə cavab olaraq, Tehrana səfər ediblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində 92 yüksək səviyyəli xarici və beynəlxalq heyət, eləcə də İranın ölkə və ordu rəsmiləri və şəxsiyyətlər iştirak edəcəklər.

İranın İslam Mədəniyyəti və İrşadı Nazirliyi də bildiribdir ki, dünyanın 29 ölkəsindən olan 131 xarici jurnalist İran İslam Respublikası prezidentinin inauqurasiya mərasimini işıqlandıracaq.

İran İslam Respublikası prezidentinin tənfiz olunması-təsdiqlənməsi mərasimi də bu gün səhər Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hüzurunda keçirildi.

Teqlər