Tehranın cümə namazı xətibi: İranın elmi inkişafı Qərbi nigaran edir
https://azeri.sahartv.ir/news/İran-i278636-tehranın_cümə_namazı_xətibi_İranın_elmi_inkişafı_qərbi_nigaran_edir
Tehranın müvəqqəti imam cüməsi ABŞ başda olmaqla Qərbin İranda "Simorğ" peyk daşıyan raketinin uğurla sınaqdan keçirilməsinə qarşı reaksiyalarını onların İranın elmi inkişafı və asılı bir ölkə olmamasından qaynaqlanan nigaranlıqlarının nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 10:13 Asia/Baku
  • Ayətullah Məhəmməd İmami Kaşani
    Ayətullah Məhəmməd İmami Kaşani

Tehranın müvəqqəti imam cüməsi ABŞ başda olmaqla Qərbin İranda "Simorğ" peyk daşıyan raketinin uğurla sınaqdan keçirilməsinə qarşı reaksiyalarını onların İranın elmi inkişafı və asılı bir ölkə olmamasından qaynaqlanan nigaranlıqlarının nişanəsi adlandırıb.

Tehranın bu  həftəki cümə namazı xətibi Ayətullah Məhəmməd İmami Kaşani İslam düşmənlərinin müsəlman ölkələrinin inkişaf etməsini istəmədiklərini deyərək, əlavə edib: Həzrət İmam Xomeyni(rə) İranda dəyişiklik etdi. Buna görə də bu gün düşmənlər İnqilab Rəhbərinin dedikləri kimi elmi bir təcrübə üçün də hay-küy qopardır.

Dünən Tehranda keçirilən prezidentlik hökmünün təsdiq edilməsi mərasiminə işarə edən Ayətullah İmami Kaşani İran İslam Qurulşunda xalqa xidmət etməyi böyük və dəyərli iş adlandırıb və deyib: İran xalqı daim düşmənlərin təzyiqləri qarşısında dayanaraq, müqavimət göstərib.

Ayətullah İmami Kaşani Tehranın cümə namazı xütbələrində şiələrin 8-ci imamı İmam Rzanın(ə) İslam sivilizasiyası və Şiə mədəniyyətinin təbliğ edilməsindəki rolundan da söz açıb.