Avq 06, 2017 17:15 Asia/Baku
  • Ruhani: İran daim Livan dövləti, xalqı və müqavimətin kənarında olacaq
    Ruhani: İran daim Livan dövləti, xalqı və müqavimətin kənarında olacaq

İran İslam Respublikası prezidenti Həsən Ruhani İran və Livan əlaqələrini dostluq və qardaşlıq əlaqələri adlandırıb və iki ölkə əlaqələrinin bütün sahələr üzrə genişləndirilməsi və möhhkəmləndirilməsinə təkid edib.

İran prezidenti Həsən Ruhani bazar günü Tehranda Livan parlamentinin sədri Nəbih Berri ilə görüşdə Livan xalqının sionist işğalçılar və təcavüzkar terrorçular qarşısındakı müvəffəqiyyətini təbrik edərək, bu qələbənin Livan xalqı və dövləti üçün başucalığına səbəb olduğunu bildirib və deyib: Bu gün Livanın artıq sabitlik və təhlükəsizliyin təmin edilməsində qonşu ölkələrə belə yardım edəcək səviyyəyə yüksəlməsi Livan hökuməti və xalqının əzəmət nişanəsidir.

Livan Parlamentinin sədri Nəbih Berri də bu görüşdə İranı regionun güclü dövləti adlandırıb və deyib: Livan və Fələstində Müqavimət cəbhəsinin əldə etdiyi uğurlar İran İslam İnqilabından qaynaqlanan dəyərlərin nəticəsidir.

Livan Parlamentinin sədri həmçinin deyib: İranın müqavimət cəbhəsini himayə etməsi müqavimətin əldə etdiyi uğurların başlıca səbəbidir.

Teqlər