İshaq Cahangiri İran prezidentinin birinci müavini təyin edildi
https://azeri.sahartv.ir/news/İran-i279044-İshaq_cahangiri_İran_prezidentinin_birinci_müavini_təyin_edildi
İran İslam Respublikası prezidenti İshaq Cahangirini özünün birinci müavini təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2017 14:22 Asia/Baku
  • İshaq Cahangiri İran prezidentinin birinci müavini təyin edildi
    İshaq Cahangiri İran prezidentinin birinci müavini təyin edildi

İran İslam Respublikası prezidenti İshaq Cahangirini özünün birinci müavini təyin edib.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani imzaladığı hökmdə İshaq Cahangiriyə xitabən yazıb: Konstitusiyanın 124-cü bəndinə istinad edərək, cənabınızı məsuliyyətli, ləyaqətli və bacarıqlı bir şəxs  olaraq, 11-ci hökumətdə sizə tapşırılan məsuliyyətlərin öhdəsindən uğurla gəlmiş bir şəxs kimi prezidentin birinci müavini təyin edirəm.

 

Həsən Ruhani həmçinin, konstitusiyanın 133-cü bəndinin icrası istiqamətində Nazirlər Kabinetinin yeni üzvlərinin adlarını etimad rəyi almaq üçün İslam Şurası Məclisinə təqdim edib.

Həsən Ruhani İran İslam Respublikasının 7-ci prezidenti olaraq, prezidentliyinin ikinci dövrü üçün İslam Şurası Mərasimində təşkil edilmiş andiçmə mərasimində iştirak edərək, İslam, İran İslam Respublikası quruluşu və İran Konstitusiyasını qoruyacağına and içdi.