Avq 09, 2017 08:24 Asia/Baku
  • ABŞ-ın İrana qarşı avantürası davam edir

Amerika dəniz qüvvələri mərkəzi qərargahının sözçüsü iddia edib ki, bir iranlı pilotsuz çərşənbə axşamı günü bir amerikan qırıcının yüz metrliyinədək yaxınlaşıb və bu qırıcı Fars Körfəzindəki bir təyyarədaşıyan gəminin göyərtəsinə enməyə çalışırmış.

Frans-Press-in məlumatına əsasən, Amerika dəniz qüvvələri mərkəzi qərargahının sözçüsü Bil Urbanın iddiasına görə, iranlı pilotsuz ilə amerikan qırıcı beynəlxalq hava məkanında qarşılaşıblar. O iddiasına belə davam edib: Ardıcıl radio əlaqələrinə rəğmən, iranlı pilotsuz amerikan F-18 qırıcısının yaxınlığında qeyri-təhlükəsiz və qeyri-peşəkar yüksəklik dəyişikləri həyata keçirib. 

Bundan öncə də Amerikanın Fars Körfəzindəki avantürist hərəkətlərinin davamında ABŞ-ın "USS Thunderbolt" hərbi gəmisi Fars Körfəzindəki bir iranlı gəmi üçün xəbərdarlıqedici atəş açmışdı.

İran rəsmiləri vurğulayıblar ki, Fars Körfəzindəki regiondankənar hərbi gəmilərin izlənilməsi İranın haqqıdır və onların hər cür qanunsuz hərəkətləri ilə beynəlxalq qanunlar çərçivəsində rəftar ediləcəkdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü general-mayor Məsud Cəzayeri amerikalıların Fars Körfəzindəki avantürist rəftarları haqda belə vurğulayıb: İranın silahlı qüvvələrinin Fars Körfəzindəki rəftarları tamamilə peşəkar və beynəlxalq qanunlar çərçivəsində olan hərəkətlərdir.

Teqlər