Avq 09, 2017 08:42 Asia/Baku
  • İngiltərənin İranda Müsəddiq dövlətinin devrilməsindəki rolu təsdiq olunub

İngiltərədə çıxan Financional Times qəzeti yazıb: Son zamanlar məxfilikdən çıxmış Amerika Dövlət Departamentinin sənədləri 1953-cü ildə İngiltərənin İranda Müsəddiq dövlətinin devrilməsindəki rolunu təsdiq edir.

IRIB-nin məlumatına görə, İngiltərədə çıxan Financional Times qəzeti yazıb: Amerika Dövlət Departamentinin təsnifatdan çıxardığı yeni sənədlər göstərir ki, İngiltərə dövləti 1952-ci ilin noyabrında Amerikadan İranın ozamankı baş naziri Məhəmməd Müsəddiqin dövlətini devirmək üzrə çevrilişə qatılmasını istəmişdi.

Bu sənədləri əldə etmiş Amerika milli təhlükəsizlik arxivinin xüsusi müəssisəsinin iki ekspertinin dediyinə görə, həmin sənədlər İngiltərənin ABŞ-ı Müsəddiq dövlətini devirməyə kömək etməyə təşviq edən ilkin sənədlərdir.

Bu məlumata əsasən, İngiltərənin Vaşinqtondakı ozamankı səfirliyinin ikinci dərəcəli rəsmisi Kristofer Stil(Christopher Steele) bu fikri amerikalı rəsmilərlə bir araya qoyubmuş.

Teqlər