İranda bir milyon sağlamlıq turisti cəzb etmək imkanı var
İranın kooperasiya, əmək və sosial rifah naziri deyib ki, İran hər il yeddi milyard dollarlıq valyuta gətirməklə bir milyon sağlamlıq turisti cəzb edə bilər.
İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii dünən bir mərasimdə İranın yüzlərlə tarixi, əyləncə, mədəniyyət, təbiət və turizm cazibədarlığına malik olduğunu bildirərək, əlavə edib: Bu cazibədarlıqların hər biri təklikdə çoxlu sayda xarici turisti cəzb etmək üçün mühüm amil ola bilər.
Rəbii söyləyib: İran 2021-ci ilədək regionda sağlamlıq turizminin əsas qütblərindən biri olacaq.
İranın kooperasiya, əmək və sosial rifah naziri həmçinin tibb turizminin az xərcli və çox gəlirli olması, İranın yüksək təhlükəsizliyi, təcrübəli iranlı həkimlərin olması, isti su bulaqlarının mövcudluğu, duz günbəzləri, şor su gölləri və palçıq ilə müalicənin mövcud olmasını İranda tibb turizminin məziyyətlərindən adlandırıb.