İran əfqanları terror qrupları qarşısında birliyə çağırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü terrorçuların Əfqanıstanın Sərepol vilayətindəki cinayətlərini pisləyib.
Cari həftənin əvvəllərində terror qruplarının əlinə keçmiş "Mirza Uləng" məntəqəsi əhalsindən əllidən çox insan öldürülübdür.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün terror qruplarının şiə sakinli "Mirza Uləng" məntəqəsindəki cinayətlərini pisləyib və Əfqanıstanın xalqı və dövlətinə başsağlığı verərək, bu qeyri-insani cinayətin qurbanlarının ailələrinin kədərilə bölüşübdür.
Qasemi deyib: Əfqanıstanın məzlum xalqının qədim düşmənlərinin ədavəti və küdurətinə əsasən, Əfqanıstanın dövləti və bütün xalq təbəqələrinin sayıqlığı zəruridir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin terror qruplarının firqəçilik və təfriqə mahiyyətli hərəkətləri və bu cür kədərli insan faciələri qarşısında Əfqanıstanın xalqının birliyi və həmrəyliyinin qorunub saxlanılması vacibliyini vurğulayıb.