Avq 09, 2017 19:15 Asia/Baku
  • Avstraliya Ərdəbil vilayətinin turizm bölməsində investisiyaya maraqlıdır

Avstraliyanın Tehrandakı səfirinin müavini deyib ki, onun ölkəsi İranın Ərdəbil vilayətinin turizm bölməsində investisiyaya maraqlıdır.

IRNA-nın məlumatına görə, Avstraliyanın Tehrandakı səfirinin müavini Tim Peterson bu gün Ərdəbil vilayətinin mədəni irs, əl işləri sənayesi və turizm idarəsinin baş müdiri Kərim Hacızadə ilə görüşdə belə əlavə edib ki, nüvə anlaşmasından sonra İrana turistlərin gəlişinin artması İranın turizm bölməsində sərmayə yatırımına marağı artırıbdır və tezliklə Ərdəbil vilayətində investisiya sahələrini Avstraliya investisiya komissiyasının ofisində müzakirə edəcəkdir.

Peterson Avstraliyanın dünyada turizmin çoxtərəfdarlı məqsədlərindən olduğunu bildirərək, deyibdir ki, Avstraliya turizm sahəsində yüksək texniki biliyə malikdir və avstraliyalı investorların İranın Ərdəbil vilayətindən baxış keçirmələri üçün lazımi koordinasiya yaradacaqdır.

Ərdəbil vilayətinin mədəni irs, əl işləri sənayesi və turizm idarəsinin baş müdiri Kərim Hacızadə də bu vilayətin turizm bölməsində investisiya fürsətləri, eləcə də mədəni və təbiət cazibədarlıqlarını şərh edərək, deyib: Avstraliyalı investorlar Ərdəbil vilayətində beş ulduzlu otellərin yaradılmasında və turizm bölməsinin infrastruktur bölməsində sərmayə yatıra bilərlər.

Teqlər