M. Nəcəfi Tehran merliyinə yekun seçim olub
https://azeri.sahartv.ir/news/İran-i279250-m._nəcəfi_tehran_merliyinə_yekun_seçim_olub
Tehran şəhərinin İslam Şurası nümayəndələri Məhəmməd Əli Nəcəfini Tehran merliyinə yekun seçim kimi irəli sürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2017 12:35 Asia/Baku
  • Məhəmməd Əli Nəcəfini
    Məhəmməd Əli Nəcəfini

Tehran şəhərinin İslam Şurası nümayəndələri Məhəmməd Əli Nəcəfini Tehran merliyinə yekun seçim kimi irəli sürüblər.

IRNA-nın məlumatına görə, Tehran şəhərinin İslam Şurasının beşinci dövrünün nümayəndələri bu gün namizədlərin təklif olunan proqramlarının təqdimatından sonra səsvermə yolu ilə Məhəmməd Əli Nəcəfini Tehran merliyinə yekun seçim kimi irəli sürüblər.

Tehran şəhərinin İslam Şurasının beşinci dövrünün rəsmi fəaliyyəti 2017-ci il sentyabrın üçündən başlayır və merliyə yekun seçim şuranın işə başlamasından və sentyabrın altısında yenidən səsvermənin keçirilməsindən sonra rəsmiyyət tapacaq və öz fəaliyyətinə başlayacaqdır.

Tehran merliyinə yekun seçim kimi irəli sürülmüş Məhəmməd Əli Nəcəfi İranın xəbər telekanalına belə deyib: Bütün imkanlardan istifadə edəcəyəm ki, vətəndaşların, maddi və fiziki cəhətdən asayişin, eləcə də ruhi və psixoloji baxımdan dincliyin yaradılması üzrə istəklərini yerinə yetirəm.