Avq 10, 2017 21:52 Asia/Baku
  • Yaponiya İranla əlaqələrin inkişafını vurğulayıb
    Yaponiya İranla əlaqələrin inkişafını vurğulayıb

Yaponiyanın xarici işlər naziri Tokioda İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı ilə görüşdə bildirib ki, Yaponiyanın İran qarşısındakı siyasəti əlaqələrin hərtərəfli şəkildə irəlilədilməsinə söykənməkdə davam edir.

Yaponiyanın xarici işlər naziri Taro Kono bu gün İran ilə Yaponiya arasında investisiyanın himayəsi üzrə razılaşmanın icrasına toxunaraq, deyib: Həmkarlıq sənədlərinin qətiləşməsi iki ölkənin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və mövcud imkanlardan maksimum istifadə üçün zəmin yaradır.

Taro Kono həmçinin İrana səfərə təmayül göstərərək, vurğulayıb: İran ilə əlaqələrin dərinləşməsi və region məsələləri barədə məşvərətlərin genişləndirilməsi Yaponiya tərəfindən təkid olunur.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı da bu görüşdə Tehran ilə Tokio arasında mövcud olan geniş imkanların fəaliyyətə gətirilməsi üçün zəminin yaranmasına toxunaraq, vurğulayıb: Bu gün İran-Yaponiya iqtisadi əməkdaşlıqlarının inkişaf etdirilməsi şəraiti daha artıq yaranıbdır.

İraqçı ümidvarlıq edibdir ki, yapon şirkətlər İranın yüksək mövqeyinə əsasən, nüvə anlaşmasından sonra yaranmış iqtisadi fürsətlərdən vaxtında münasib istifadə edəcəklər.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini dünən də Yaponiyanın baş nazir müavini Taro Aso və bu ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko ilə görüşərək, danışıqlar aparmışdı.

Teqlər