Avq 11, 2017 13:56 Asia/Baku
  • İraqçi: ƏMTP-ə sadiq qalmamaq çox xərcli olacaq
    İraqçi: ƏMTP-ə sadiq qalmamaq çox xərcli olacaq

İran İslam Respublikasının xarici işlər nazirinin müavini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmamaq bu sazişin tərəfləri üçün ciddi xərclərə səbəb olacaq və onun pozulacağı təqdirdə İran hərhansı ehtimala hazırdır.

İRİB-in verdiyi məlumata görə, İran xarici işlər naziri Abbas İraqçi bu gün Yaponiyanın Sasakava Sülh Fondunda etdiyi çıxışında ƏMTP və onun beynəlxalq və regional təsirlərinə toxunaraq deyib: ƏMTP beynəlxalq ərsədə güclü mövqeyə malikdir və nəinki BMT TŞ-nin 2231 saylı qətnaməsi vasitəsi ilə  hətta Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. 

İraqçi Amerikanın bəhanələri və İranın raket proqramlarına qarşı sanksiyalar tətbiq etməsini qəbuledilməz adlandıraraq deyib: İranın raket proqramı İran xalqının qabiliyyətlərinin məhsuludur və bu proqram müdafiə və önləyicilik xarakteri daşıyır. 

İranın xarici işlər nazirinin müavini regionda müxtəlif oyunçuların fəaiyyətlərinə toxunaraq deyib: İran regionun ən stabil və təhlükəsiz ölkələrindən biridir və bir çox digər ölkələrin əksinə olaraq İranın gücünün mənşəi sadəcə xalqdır. 

Teqlər