Qazaxıstan prezidenti İİR AET sədrini fəxri ordenlə təltif edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev diplomatik fəaliyyət və səylərinə görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehini fəxri ordenlə təltif edib.
IRNA-nın məlumatına görə, bu mükafatın təqdimat mərasimi İran-Qazaxıstan diplomatik əlaqələrinin yaradılmasının 25-ci ildönümü mərasimi ilə bir zamanda və Qazaxıstanın mədəniyyət və idman naziri Arsiyanbek Muxamedulinin iştirakı ilə bu ölkənin Tehrandakı səfirliyində keçirilib.
Mərasimdə İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Almatıda nüvə müzakirələrinin bir neçə dövrünə ev sahiblik etməsi xüsusiyyət təşkil etməklə diplomatik əlaqələrin inkişafında atdığı dostcasına addımlarına görə, Qazaxıstana təşəkkür və fəxri ordenlə təltif edilməsinə görə, bu ölkənin prezidentinə öz minnətdarlığını bildiribdir.
Salehi habelə beynəlxalq və ikitərəfli məsələlərə toxunaraq, qarşılıqlı əlaqələrin inkişafı yolundakı maneələrin aradan qaldırılması istiqamətində daha çox səy göstərilməsini istəyib.