İran parlamenti ABŞ-ın terrorçu hərəkətləri ilə mübarizə layihəsini araşdırır
https://azeri.sahartv.ir/news/İran-i279544-İran_parlamenti_abŞ_ın_terrorçu_hərəkətləri_ilə_mübarizə_layihəsini_araşdırır
Amerikanın regiondakı terrorçu və avanturist hərəkətləri ilə qarşılaşmaq üzrə layihə yekun qəbul üçün İranın İslami Şura Məclisinin açıq iclasının gündəminə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2017 05:50 Asia/Baku
  • İran parlamenti ABŞ-ın terrorçu hərəkətləri ilə mübarizə layihəsini araşdırır
    İran parlamenti ABŞ-ın terrorçu hərəkətləri ilə mübarizə layihəsini araşdırır

Amerikanın regiondakı terrorçu və avanturist hərəkətləri ilə qarşılaşmaq üzrə layihə yekun qəbul üçün İranın İslami Şura Məclisinin açıq iclasının gündəminə keçib.

İran parlamentinin üzvləri bu gün bu layihənin külliyyatı və təfərrüatını araşdıracaqlar. 

Amerikanın regiondakı terrorçu və avanturist hərəkətləri ilə mübarizə layihəsi 9 hissədən və cəmi 27 maddədən ibarət olaraq İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında hazırlanıb. 

ABŞ senatı iyunun 15-də İrana qarşı düşmən siyasətlərinin davamında "İranın destabilləşdirən hərəkətəri ilə mübarizə qanunu-2017" adı altında İrana qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi.