Nazirlərin səlahiyyətlərinin araşdırılması davam edir
Avq 16, 2017 10:07 Asia/Baku
İran prezidenti tərəfindən namizədlikləri irəli sürülmüş nazirlərin səlahiyyətlərinin İran İslam Şurası Məclisinin plenar iclasında araşdırılması davam edir.
İran İslam Şurası Məclisinin plenar iclası bu gün səhər Əli Laricaninin sədrliyi ilə İran prezidenti tərəfindən namizədlikləri irəli sürülmüş nazirlərin səlahiyyətlərinin araşdırılmasını davam etdirir.
Təklif olunmuş nazirlərin səlahiyyətlərinin araşdırılması işi dünən İran prezidentinin bu nazirləri müdafiə etməsi ilə başlanıb və sonra 9 müvafiq və 9 müxalif nümayəndə təklif olunmuş nazirlər barədə öz fikirlərini bildirib.