İran Barselonadakı terror aktını pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İspaniyanın Barselona şəhərində terror aktlarını pisləyərək bu ölkə dövləti, xalqı, hadisədə həlak olanların yaxınları və yaralılarının dərdinə şərik çıxıb.
İRİB-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi cümə günü yüyəni buraxılmış terrorizmin beynəlxalq problemə çevrildiyini bəyan edərək deyib: Radikal terrorçular regionda ardıcıl məğlubiyyətlərindən sonra, dünyanın müxtəlif yerlərində kor terror əməliyyatını genişləndirməyi öz gündəminə salıb və sivilləri və günahsız insanları qırğın etmək onların nəhs məqsədlərindəndir.
İran XİN mətbuat katibi beynəlxalq problemlərin beynəlxalq həll yolu olduğunu qeyd edərək bildirib: Bütün sülhsevər ölkələr və terrorizmlə mübarizəni həqiqi mənada prioritetə çevirənlər zorakılıq, destabillik və terror əleyhinə beynəlxalq birlik yaratmalı və terrorizmlə mübarizə və onun kökünün kəsilməsini əsas diqqət mərkəzində saxlamlıdırlar.
Qasimi terrorizmin qurbanlarından biri olan İranın həmişə radikallıq və terrorla mübarizənin ön cəbhəsində olduğunu və indiyə qədər bu istiqamətdə mənəvi və maliyyə xərclər ödədiyini deyərək İranın terrorizmlə mübarizə sahəsində dünya ictimaiyyətinə kömək etmək və onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.