İran maksimum beş gündə 20%-lik zənginləşdirməyə yenidən başlaya bilər
İranın Atom Enerjisi Təşkilatının sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulması haqda ABŞ-a xəbərdarlıq edərək bu təşkilatın Fordo obyektində maksimum beş gün ərzində 20%-lik uranın zənginləşdirilməsinə başlaya biləcəyini deyib.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi çərşənbə axşamı günü İRİB-lə müsahibədə ABŞ tərəfindən nüvə anlaşmasının pozulması və İranın hərəkətləri haqda deyib: Tehran Fordo obyektini nüvə anlaşmasında elə bir formada təsbit etdi ki, iradə edərsə, beş gün ərzində 20%-lik uranın zənginləşdirilməsinə başlaya bilər.
Salehi əlavə edib: İranın texniki və peşəkar cəhətdən maksimum beş gün ərzində 20%-lik zənginləşdirməni başlamaq qabiliyyəti ilə müxtəlif mesajları vardır və qarşı tərəf o mesajı yaxşı anlayır.
İranın Atom Enerjisi Təşkilatının sədri nüvə anlaşmasının pozulması ilə mübarizə üçün Tehranın digər addımlarına toxunaraq deyib: İranın nüvə sənayesi var-gücü ilə irəliyə doğru hərəkət edir və İranda nüvə anlaşmasına nəzarət heyəti qərar verdiyi zaman, İslam Respublikası hamıya sürpriz edəcək hərəkətləri həyata keçirəcək.
Salehi İranın nüvə anlaşması qarşılığında öz öhdəliklərinə sadiq olduğunu bildirərək əlavə edib: İranın prioriteti hər hansı qiymətə nüvə anlaşmasının qorunması deyil. Çünki Tehran bu anlaşmanı öz milli, regional və beynəlxalq mənafeyi və Nüvə Silahlarının Yayılmamasına Dair Saziş çərçivəsində hesab edir.
İran və beş üstəgəl bir qrupu arasında nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunub. ABŞ hökuməti bu qrupun üzvlərindən biri olaraq nüvə anlaşmasının icrası istiqamətində maneəçiliklər yaratmışdır.