İİR ilə C.Koreya arasında 8 milyard avroluq müqavilə imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i280628-İİr_ilə_c.koreya_arasında_8_milyard_avroluq_müqavilə_imzalanıb
İran ilə Cənubi Koreya arasında 8 milyard avroluq müqavilə imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2017 09:59 Asia/Baku
  • Vəliyullah Seyf
    Vəliyullah Seyf

İran ilə Cənubi Koreya arasında 8 milyard avroluq müqavilə imzalanıb.

İran Mərkəzi Bankının müdiri bildirib ki, İran Cənubi Koreya banklarından biri ilə 8 milyard avroluq müqavilə imzalayıb.

Vəliyullah Seyf deyib: Bu müqavilə Cənubi Koreyanın Dövlət İxracat və İdxalat Bankı ilə imzalanıb.

O, vurğulayıb ki, bu müqavilə İranda infrastruktur və quruculuq layihələrinin icrasına kömək edəcək.

İran Mərkəzi Bankının müdiri bu müqaviləni 2016-cı ilin yanvarında İrana qarşı sanksiyaların götürülməsindən sonra xarici bir tərəflə imzalanmış ən böyük müqavilə adlandırıb.

Koreyalı bankın rəsmiləri də bildiriblər ki, bu müqavilə İranda fəaliyyət göstərən Cənubi Koreya şirkətləri üçün lazımi kreditin təmin olunması məqsədilə imzalanıbdır.