General Esmaili: İran səması Yaxın Şərqdə ən təhlükəsiz hava yoludur
İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) adına hava hücumundan müdafiə qərargahının rəisi İran səmasının Yaxın Şərqdə ən yaxşı və ən təhlükəsiz hava yolu olduğunu bildirərək, deyib ki, ötən günəş ilində 50 milyon xarici müsafir İran səmasından uçubdur.
General-mayor Fərzad Esmaili bu gün Tehranın buhəftəki cümə namazı xütbələrindən öncəki çıxışında deyib ki, 1400 ədəd sərnişin təyyarəsi İran səmasından tranzit olur.
General-mayor Fərzad Esmaili bu qərargahın təşkil olunmasının ildönümü günü ərəfəsində İranın hava müdafiəsinin yerli və cəld olması vacibliyini vurğulayaraq, söyləyib: Başlıca hücumlar və təcavüzlərin başlanması hava yolu ilə olur və hava hücumundan müdafiə qərargahı geniş qüvvə ilə İranın 3700 çətin keçilən nöqtəsində yerləşibdir.
General-mayor Fərzad Esmaili İran İslam Respublikasının Silahlı Qüvvələrinin imkanlarına toxunaraq, qeyd edib ki, Xatəmulənbiya(s.ə.s.) adına hava hücumundan müdafiə qərargahı İranın milli təhlükəsizliyində təsirli rol oynayır.