Qətərin Tehrandakı səfiri fəaliyyətinə yenidən başlayıb
Qətərin Tehrandakı səfiri bu ölkənin səfirliyində öz fəaliyyətinə yenidən başlayıb.
Qətərin Tehrandakı səfirliyində məlumatlı mənbə İSNA-ya bildirib ki, Qətərin Tehrandakı səfiri Əli Bin Əhməd Əli Əssəliti dünən İrana geri dönüb vvə bu gündən səfirlikdə öz fəaliyyətinə başlayıb.
Avqustun 23-də İran və Qətərin XİN başçıları arasında telefon danışıqlarında qətərli nazir bu ölkənin səfirinin Tehrana qayıtmasından xəbər vermişdi.
Öncə Qətərin XİN-i bir bəyanat yayaraq bildirmişdi ki, 18 ay öncə Tehrandan geri çağırılmış Qətərin səfiri bir daha Tehrana göndəriləcək.
Qətərin XİN-i həmin bəyanatda bu ölkənin İran İslam Respublikası ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulamışdı.
İranın XİN sözçüsü Bəhram Qasimi də cüməaxşamı Qətərin Tehrandakı səfirinin geri dönməsini müsbət qiymətləndirərək deyib: İran İslam Respublikası qonşuların əlaqələrin daha da gücləndirilməsi istiqamətində hərhansı müsbət addımını yüksək qiymətləndirir.