Avq 28, 2017 16:57 Asia/Baku
  • Cabiri Ənsari: Heç ölkə Suriya xalqına nə etməli olduğunu dikte edə bilməz
    Cabiri Ənsari: Heç ölkə Suriya xalqına nə etməli olduğunu dikte edə bilməz

İran İslam Respublikasının xarici işlər nazirinin müavini deyib: Region xalqları öz ölkələrinin sahibləridirlər və heç bir başqa ölkə Suriya xalqı üçün nəyisə dikte edə bilməz.

Hüseyn Cabiri Ənsari bu gün Tehranda BMT baş katibinin Suriya üzrə nümayəndəsi Stefan De Mistura ilə görüşündən sonra müxbirlər qarşısında deyib: De Mistura ilə danışıqlar Suriya böhranının həllində təsirli ölkələr olan İran, Türkiyə və Rusiya arasındakı danışıqlar çərçivəsində həyata keçdi və bu əsasda cari il sentyabrın ortalarında Astanada Suriya böhranının həlli üzrə 6-cı beynəlxalq iclas keçiriləcək. 

Cabiri Ənsari deyib: Astana iclasının dəqiq vaxtı barədə 3 ölkə arasında müzakirələr gedir. 

Ənsari sionist dayirələrin İranın regiona və Suriyaya nüfuz səyləri barədə iddiaları xüsusunda deyib: İran Suriya və region böhranları başlandığı gündən bu böhranlara qısa zamanda son qoymaq üçün dəyişməz siyasət nümayiş etdirmişdir və İran üçün önəmli olan insani faciələrə son qoymaq toqquşan tərəflərə yardım şəraiti yaratmaqdan ibarətdir. 

BMT baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan De Mistura da müxbirlərə deyib: Suriyada terrorçu İŞİD qrupu ilə mübarizədə hərbi və siyasi cəhətdən önəmli dəyişikliklər yaranıb. De Mistura deyib: İranın XİN rəhbərinin müavini ilə Suriyanın bu günü və gələcəyi müzakirə olundu və ən əsas mövzulardan biri də qarşıdakı Astana iclasından ibarət idi. 

BMT baş katibinin müavini deyib: İran Suriyadakı durumda müştərək anlayışa çatmaq sahəsində təsirli və nüfuzlu ölkədir. 

 

Teqlər