İran ordusunun havadan müdafiə sistemlərinin təqdimat mərasimi keçirilib
İran İslam Respublikası ordusunun informasiyanın toplanılması saytlarının otomasion sahələri, nəqliyyat sistemləri və təchizatlarında hərəkətdə olan dinləmə sistemi, sinoptika sistemi və aeronevtika informasiyaya nəzarət sistemi Tehranda təqdim olunub.
İRNA-nın verdiyi məlumata görə, Samit 1, Səma, Səmi və Bəsir sistemləri bu gün İİR ordusunun Xatəmül-Ənbiya havadan müdafiə qərargahının təsis edilməsinin ildönümü ərəfəsində bu qərargahın komandanı General Mayor Fərzad İsmailinin iştirakı ilə təqdim olunub.
İİR ordusunun Xatəmül-Ənbiya havadan müdafiə qərargahı 2008-ci il 31 avqustda islam inqilabının böyük rəhbərinin tarixi fərmanı əsasında müasir formada təsis edildi.
Asiyanın qərbində ilk dəfə olaraq İran ordusunun havadan müdafiə mütəxəssisləri tərəfindən hazırlanmış Səma adlı hava nəqliyyatına nəzarət sistemi uçuşlar barədə ən dəqiq informasiyanı avtomat şəkildə təqdim edir və hər uçuşun istiqamətinin müəyyənləşdirilməsini son dərəcə qısaldır.
Bəsir adlı radar və hava nəqliyyatı informasiyalarını baş qərargaha köçürən və nümayiş etdirən nəzarət sistemi də müasir texnologiya olaraq 6 sistemin işini bir yerdə həyata keçirir.
Səmi adlı radar və hava nəqliyyatı informasiyalarının toplanılması və dinlənilməsi üzrə hərəkətdə olan sistem isə müxtəlif ölçülərdə istehsal edilə və pilostsuz yaxud pilotlu uçan aparat və təyyarələrin üstünə quraşdırıla bilər. Beləliklə radar, siqnal, nəqliyyat informasiyalarını qısa zamanda hədəf uçuşlara ən yaxın məsafədə toplaya bilər.
Mərasimdə Samit 1 adlı informasiyaların toplanılması bazalarının otomasion sisteminin də təqdimatı keçirilib.