Səd Həriri: İsrail İrana qarşı uydurma kampaniya başladıb
Sen 02, 2017 08:53 Asia/Baku
-
Səd Həriri
Livanın baş naziri sionist rejimin İran İslam Respublikasına qarşı Livanda raket istehsalı zavodu inşa etmək barədə son ittihamının əsassız olduğunu bildirərək deyib: Bu kimi ittihamlar sionistlərin İrana qarşı "Uydurma kampaniyasının" tərkib hissəsidir.
İRİB-in verdiyi məlumata görə, Səd Həriri dünən Lomond qəzetinə verdiyi müsahibədə deyib: İsrail Livanda heç bir raket zavodunun olmadığını yaxşı bilir.
Livanın baş naziri sionistlərin yayındırıcı kampaniyalara vərdiş etdiklərini bildirərək deyib: sionist rejim başçıları həmişə bu kimi əsassız təbliğatlara əl atırlar.
Səd Həriri deyib: Sionist rejim başçıları bu kimi təbliğatla regionda müharibə və destabillik yaratmaq məqsədini güdürlər.