İran və C.Afrika əməkdaşlıqları vurğulayıblar
İranın İslami Şura Məclisinin sədri və Tehranda səfərdə olan Cənubi Afrika nümayəndələr məclisinin sədri müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.
Bu gün Tehranda iki ölkə parlament sədrlərinin görüşündən sonra keçirilən mətbuat konfransında İİR parlamentinini spikeri Əli Laricani deyib: İran İslam Respublikası ilə Cənubi Afrika arasında əlaqələr son 20 ildə yaxşı olub və iki ölkə əsas beynəlxalq mövzular barədə fikir mübadiləsi aparıblar.
Laricani İranın elektrik enerjisinin istehsalı sahəsində Cənubi Afrikaya yardım edə biləcəyini xatırladaraq deyib: İran Cənubi Afrikanın İranın neft, qaz və neft-kimiya sənayesində investisiya qoymasını müsbət qarşılayır.
İranın İslami Şura Məclisinin sədri C.Afrikanın Fələstin xalqının hüquqlarının bərpasını müdafiə mövqeyini də yüksək aiymətləndirib.
C.Afrika nümayəndələr məclisinin sədri Balka Embete də bu mətbuat konfransında etdiyi çıxışında müxtəlif ölkələr arasında təhlükəsizlik və qarşılıqlı əməkdaşlığın yaranması və genişlənməsinə parlamentlərin əvəzedilməz rolunu vurğulayaraq deyib: İranın Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikadan ibarət olan Briks qrupuna qoşulması mövzusu gündəmdədir.
Embete İİR-in qonaqpərvərliyinə görə öz təşəkkürünü bildirərək iki ölkə əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvarlığını bildirib.
C.Afrika parlament sədri dünən bir parlament heyətinə başçılıq edərək Tehrana daxil olub. Səfərdə məqsəd İİR rəsmiləri ilə görüş və müzakirələrdən ibarətdir.