General İsmaili: İran düşmənlər qarşısında güzəştə getməyəcək
İran ordusunun Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının komandanı deyib: İran İslam Respublikası düşmənlər qarşısında güzəştə getməyəcək.
General Fərzad İsmaili şənbə günü axşam İranın 1-ci telekanalının "Bir baxış" proqramında deyib: İran İslam Respublikası müharibə ardınca deil. Amma, savaş meydanında öz sözünü deməyə də qadirdir.
General İsmaili həmçinin, Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının formalaşması prosesinə işarə edərək, deyib: Silahlı qüvvələrin ali baş komandanı vaxtında öz uzaqgörənlikləri ilə havadan müdafiə qüvvələrinin hava qüvvələrindən ayrılması, havadan müdafiə qərargahının yaradılması və bütün silahlı qüvvələrin havadan müdafiə qüvvələrinin bu qərargahda birləşməsi barədə göstəriş verdilər.
Xatəmül-Ənbiya(s) havadan müdafiə qərargahının komandanı əlavə edib: O zaman ölkənin sadəcə 400 nöqtəsində havadan müdafiə sistemi var idi. Amma, təcrübələrə və beynəlxalq müharibələrə istinadla bu gün ölkənin 3700 nöqtəsində havadan müdafiə sistemi quraşdırılıb.
General İsmaili cari ilin əvvəllərində ABŞ-ın U2 casusluq təyyarəsinə xəbərdarlığın edilməsi ilə bağlı deyib: Xatəmül-Ənbiya(s) qərargahı xəbərdarlığın edilməsindən 10 dəqiqə öncədən və bu təyyarənin yerləşdiyi bazadan havaya qalxdığı andan onu izləmə altına almış və casuslq niyyətinə malik olduğunu aydınlaşdırdıqdan sonra təyyarənin pilotuna xəbərdarlıq etmişdi.
Xatəmül-Ənbiya(s) qərargahının komandanı əlavə edib: Hörmüz boğazında ABŞ təyyarəsinin pilotuna xəbərdarlıq edildiyi zaman, bilirdi ki, Xatəmül-Ənbiya(s) hava hücumundan müdafiə qərargahının iki lokatoru vasitəsi ilə də ona xəbərdarlığın edilməsindən və raket sistemlərinin ona doğru yönəlməsindən xəbərdar idi.
General İsmaili həmçinin deyib: İran İslam Respublikasında heç bir şey blef deyil və amerikalılar da bu məsələdən xəbərdardırlar.