Sen 04, 2017 16:23 Asia/Baku
  • Qədir hadisəsinin bərpasında həmkarlıq
    Qədir hadisəsinin bərpasında həmkarlıq

İranın Bəsic Təşkilatının sədr əvəzi deyib ki, şiələrin və sünni əhlinin həmkarlığı ilə İranın daxili və xaricində insan formalaşdıran və təyinedici Qədiri-Xum hadisəsinin yenidən qurulması həyata keçiriləcək.

İranın Bəsic Təşkilatının sədr əvəzi general-mayor Əli Fəzli bu gün Tehranda keçirdiyi mətbuat konfransında əlavə edib: Ötən il Qədir hadisəsinin bərpası Suriya və İraq ölkələrində və İranda 150 məntəqədə həyata keçirildi və bu il də Suriyada bu ölkə xalqının könüllü həmkarlığı ilə Qədir hadisəsinin yenidən qurulması təşkil olunacaq. 

General-mayor Fəzli söyləyib: Müsəlman xalq, o cümlədən şiə və sünni Qədir günündə öz şəhərlərinin meydanlarında Qədir hadisəsinin yenidən qurulması səhnəsinə tamaşa edəcək və sənətçilər öz icralarını həyata keçirəcəklər.

İranın Bəsic Təşkilatının sədr əvəzi sonra belə qeyd edib: Tarix boyu və bu günədək Qədiri-Xum hadisəsinin anılması üçün böyük işlər görülüb və İran xalqı bu tədbiri hərildəkindən daha əzəmətli şəkildə həyata keçirəcək.

1438-ci hicri qəməri ili zilhəccə ayının 18-i, müsəlmanların böyük bayramlarından olan səadətli Qədiri-Xum bayramına təsadüf edir.

Qədiri-Xum Məkkə ilə Mədinə arasında yerləşən bir məntəqənin adıdır ki, İslamın böyük peyğəmbəri, Həzrət Muhəmməd(s.ə.s.) həcculvidada dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ı özündən sonra vəli elan etdi.

Teqlər