Çinin ilk yük qatarı İrana doğru yola düşdü
Çinin ilk yük qatarı Bir Dəhliz-Bir Yol adlı Yeni İpək Yolu layihəsinin icrası çərçivəsində Ningxia muxtar bölgəsindən İrana doğru hərəkətə başlayıb.
Çin Kütləvi İnformasiya Vasitələrinin verdiyi məlumata görə, ötən gün Ningxia muxtar bölgəsindən İrana doğru hərəkətə başlayan İnçun yük qatarının hərəkəti zamanı İpək Yolunda əlaqələri uzun keçmişə malik iki ölkə arasında yeni dəmir yolunun istifadəyə verilməsi münasibəti ilə xüsusi tədbir keçirilib.
Bu qatar Qazaxıstan və Türkmənistan vasitəsi ilə 15 gün sonra Tehrana daxil olacaq.
Bu yük qatarı avadanlıq, avtomobil yedək hissələri, gündəlik istehlak vasitələri, keramika və digər vasitələrə malik 50 konteyneri daşıyır.
Bu ikinci dəfədir ki, Çin İpək Yolu proqramı istiqamətində belə bir hərəkəti həyata keçirir. Öncəki qatar ötən il 2016-cı ildə 14 gündən sonra Çinin Yivo şəhərindən 10 min kilometri qət edərək Tehrana daxil olmuşdu.