İranlı hüquqşünaslar Myanma müsəlmanlarının qətliamını pisləyiblər
-
İranlı hüquqşünaslar Myanma müsəlmanlarının qətliamını pisləyiblər
İranlı hüquqşünaslar cəmiyyətinin sədri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Myanmada məzlum müsəlmanların qırğın edilməsini pisləyib
İranlı hüquqşünaslar cəmiyyətinin sədri Nəbiullah Əhmədlinin məktubunda deyilir: İndiyədək minlərlə müsəlmanın qırğın edilməsi, qaçqın düşməsi, minlərlə qadın və qızın zorakılığa məruz qalması ilə nəticələnən məzlum Myanma müsəlmanlarına qarşı qətliam bəşəriyyətə qarşı cinayət, soyqırımı, etnik təmizləmənin bariz nümunəsidir və təəsüflə beynəlxalq ictimaiyyətin susqunluğu ilə müşayiət olunur.
İranlı hüquqşünasların həmrəylik assambleyasının baş katibi Mir Məhəmməd Sadiqi də Beynəlxalq Cəza Məhkəməsinin prokuroru Fatto Bensudaya ünvanladığı məktubda Myanmadakı duruma baxılmasının bu məhkəməyə verilməsini istəyib.
Məktubda deyilir: Müəyyət etnik, irqi, dini və milli qrupu məhv etmək məqsədi ilə qətl törətmək və ağır fiziki və ruhi ziyanlar vurmaq kimi əməllər ən iyrən cinayət olan soyqırımının baş verməsinə səbəb ola bilər.