ABŞ prezidenti İrana qarşı ittihamlarını təkrarlayıb
https://azeri.sahartv.ir/news/İran-i281667-abŞ_prezidenti_İrana_qarşı_ittihamlarını_təkrarlayıb
ABŞ prezidenti İranofobiya siyasətinin davamında bir daha İran İslam Respublikasını terrorizmi dəstəkləməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 10:16 Asia/Baku
  • ABŞ prezidenti İrana qarşı ittihamlarını təkrarlayıb

ABŞ prezidenti İranofobiya siyasətinin davamında bir daha İran İslam Respublikasını terrorizmi dəstəkləməkdə ittiham edib.

CNN telekanalının məlumatına görə, Donald Tramp Ağ Evdə Küveyt əmiri ilə birgə mətbuat konfransında ABŞ rəsmilərinin İrana qarşı həmişəki iddialarını təkrarlayaraq, deyib ki,  Vaşinqton İranın təhdidləri ilə mübarizə istiqamətində ərəb ölkələrinə dəstək verir.

Tramp Küveytin ABŞ-dan milyardlarla dollar silah alması qərarından razılıq edərək, bölgədə sülhün möhkəmləndirilməsinin İranla mübarizəni tələb etdiyini bildirib.

Birləşmiş Ştatların prezidenti Yaxın Şərqdə yaranan böhranlarda bu ölkənin rolu və Vaşinqtonun Suriya və İraqda fəaliyyət göstərən terrorçu qruplara verdiyi dəstəyi qeyd etmədən, bölgədə terror qruplarını dəstəkləyən tərəfin İran olduğunu iddia edib.

Amerika prezidentinin İranofobiya siyasəti və İranın regiondakı terror qruplarına dəstək verdiyini iddia etməsi elə bir haldadır ki, iraqlı və suriyalı rəsmilərin etiraflarına əsasən, Tehran indiyədək terror qrupları ilə mübarizə sahəsində Bağdada və Dəməşqə maksimum dəstək veribdir.