Sen 08, 2017 15:00 Asia/Baku
  • Ruhinqa müsəlmanlarına qarşı cinayətlərin dayandırılması vurğulanıb

İran dini elmlər hövzələrinin müdiri Tehranda Tailand səfirilə görüşdə Myanamada müsəlmanlara qarşı zorakılıq dalğasından təəssüflənərək, beynəlxalq orqanların bu faciələrə son qoymaq və Myanmada dincliyin bərqərarı istiqamətində səy göstərmələrini istəyib.

Ayətullah Əlireza Erafi dünən axşam Tehranda Tailand səfiri "Kalayana Vipati Pumi Prates"lə görüşdə vurğulayıb: Biz Tayland Krallığı da daxil olmaqla, bölgədəki bütün ölkələrdən Myanmarda yaşanan acı hadisələrə son qoymaq üçün səy göstərmələrini istəyirik.

İran dini elmlər hövzələrinin müdiri "İranın Tailanddakı elmi və təhsil fəaliyyətlərini genişləndirməyə və bu ölkədə universitet filialının yaradılmasına hazır olduğunu elan edərək deyib: "Region ölkələrinin bəzi elmi mərkəzləri ekstremist və dini zorakılığa yol açarkən, İran dinc yanaşı yaşamağa və müxtəlif din və məzhəblərin ardıcılları arasında birlik və bütövlüyə inanır.

Tailandın Tehrandakı səfiri də bu görüşdə Myanmadakı son hadisələrlə bağlı nigarançılıq ifadə edərək, Myanma qüvvələrinin bu ölkə müsəlmanlarına qarşı kobud rəftarlarını qeyri-insani və həmin ölkədə səbatsızlığa səbəb olan hərəkət adlandırıb.

Avqustun 25-də Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı  hücumları nəticəsində azı 400 nəfər ölüb, 125 minə yaxın ruhinqalı da canının qorxusundan Banqladeşə qaçıb. Bu məsələ insan böhranına gətirib çıxarıbdır.

Teqlər