İran xalqı Myanmada müsəlman qırğınını pisləyib
Tehranda və İranın digər şəhərlərində namaz qılanlar cümə namazından sonra aksiyalarda iştirak edərək, Myanmada müsəlmanların qırğın edilmələrini pisləyərək, onları himayə etdiklərini fəryad ediblər.
Bu aksiyaların iştirakçıları yaydıqları bəyanatlarda beynəlxalq təşkilatların və insan haqlarını müdaifə iddiasında olan ölkələrin Myanmada müsəlmanların qırğın edilmələri qarşısında sükuta dalmalarını pisləyiblər.
Aksiyaçılar bu bəyanatda müdafiəsiz Myanma müsəlmanlarının qırğın edilmələrinin qarşısının alınması sahəsində İslam Dünyasının din xadimləri və islami ölkələrin başçılarının real addımlar atmalarını tələb ediblər.
Tehran əhalisi bu bəyanatda müdafiəsiz Myanma müsəlmanlarına qarşı vəhşicəsinə cinayətləri dünya imperilazminin siyasətlərinin bir hissəsi adlandırıb və bəşəriyyətə qarşı cinayətləri kəskin tənqid atəşinə tutubdur.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı 6334 ruhinqalı müsəlman həlak olub və 8349 nəfər də yaralanıbdır.
Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.