İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası Myanma ilə bağlı fövqəladə iclas keçirəcək
https://azeri.sahartv.ir/news/İran-i282113-İran_parlamentinin_milli_təhlükəsizlik_komissiyası_myanma_ilə_bağlı_fövqəladə_iclas_keçirəcək
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini deyib: Komissiya sabah Myanma məsələsi və Rohinqya müsəlmanlarına qarşı soyqırımı mövzusu ilə əlaqədar fövqəladə iclas keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2017 09:02 Asia/Baku
  • İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası Myanma ilə bağlı fövqəladə iclas keçirəcək
    İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası Myanma ilə bağlı fövqəladə iclas keçirəcək

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini deyib: Komissiya sabah Myanma məsələsi və Rohinqya müsəlmanlarına qarşı soyqırımı mövzusu ilə əlaqədar fövqəladə iclas keçirəcək.

Kamal Dehqani Firuzabadi İRNA-ya verdiyi müsahibədə deyib: Bu iclasa əlaqədar orqanlar xüsusi ilə də Xarici İşlər Nazirliyinin nümayəndələri də dəvət olunublar. 

Dehqani Firuzabadi Myanma müsəlmanlarının acınacaqlı durumundan təəssüfləndiyini bildirib və deyib: Ölkələr beynəlxalq təşkilatlar və qrumlardan Myanma müsəlmanlarının problemlərinin həlli istiqamətində tədbir görmələrini istəməlidirlər.