Qasemi: İran Myanma müsəlmanlarını var gücü ilə müdafiə edəcək
Sen 12, 2017 20:13 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın dünya müsəlmanları qarşısında malik olduğu öhdəliyə əsasən Myanma müsəlmanlarının haqlarını var gücü ilə müdafiə edəcəyini deyib.
Bəhram Qasemi çərşənbə axşamı İRİB-yə verdiyi müsahibədə deyib: BMT Baş Assambleyasının illik iclası İran İslam Respublikasının Myanma müsəlmanlarına qaraşı soyqırımı məsələsini gündəmə gətirməsi üçün yaxşı fürsət sayılır.