Sen 14, 2017 17:03 Asia/Baku
  • Vilayəti: İslam dünyası Myanma dövlətinin cinayəti qarşısında sakit durmayacaq

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Myanma hökumətini qərbin əlaltısı adlandırıb və deyib: İslam ölkələri Myanma ordusu və buddistlərinin rohinca müsəlmanlarına qarşı cinayətləri qarşısında sakit durmayacaq.

Əli Əkbər Vilayəti cümə axşamı günü ABŞ-ı Myanma hökumətinin cinayət şəriki adlandırıb və deyib: İslam ölkələri beynəlxalq dairələr vasitəsi ilə bu diktator dövlətin qarşısını alacaq.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi də cümə axşamı günü myanmalı məzlum və müdafiəsiz müsəlmanların vəhşicəsinə qırğın edilməsini pisləyib: Myanmada soyqırımı nəzərə alaraq beynəlxalq təşkilatlar, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatına İrandan tibbi vasitələr, dərman preparatları və tibbi heyətin Myanmaya ezam olunması üçün müraciət olunub.

Teqlər