Assuriyalılar Birliyi Myanma müsəlmanlarının soyqırımına reaksiya verdi
https://azeri.sahartv.ir/news/İran-i282347-assuriyalılar_birliyi_myanma_müsəlmanlarının_soyqırımına_reaksiya_verdi
Assuriyalılar Beynəlxalq Birliyinin baş katibi və İran İslam Şurası Məclisində assuriyalıların nümayəndəsi Myanmada müsəlmanların soyqırımını pisləyərək deyib: Demokratiya və insan haqları iddiaçıları bu soyqırımı qarşısında cavabdeh olmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2017 14:50 Asia/Baku
  • Assuriyalılar Birliyi Myanma müsəlmanlarının soyqırımına reaksiya verdi

Assuriyalılar Beynəlxalq Birliyinin baş katibi və İran İslam Şurası Məclisində assuriyalıların nümayəndəsi Myanmada müsəlmanların soyqırımını pisləyərək deyib: Demokratiya və insan haqları iddiaçıları bu soyqırımı qarşısında cavabdeh olmalıdırlar.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisində assuriyalıların nümayəndəsi Yonatan Betkolia İRNA-ya müsahibəsində deyib: Myanma müsəlmanlarının soyqırımı qeyri-insani və dəhşətli hadisədir və bütün dünyanın ürəyini ağrıdır. 

Betkolia dünyada demokratiya və insan haqları iddiaçılarının sükuta daldığını və bu cinayətlərə heç bir reaksiya vermədiyini bəyan edərək bildirib: Bəşər ictimaiyyəti Myanma müsəlmanları əleyhinə cinayətlər qarşısında fəryad etməli və beynəlxalq təşkilatlar da ciddi reaksiya verməlidirlər. 

Assuriyalılar Beynəlxalq Birliyinin baş katibi əlavə edib: Myanma müsəlmanlarına qarşı cinayətlərin pərdə arxasında regionda İŞİD terror qruplaşmasını dəstəkləyən ABŞ və sionist rejim dayanır.