İran Myanma müsəlmanlarına humanitar yardımı göndərdi
İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Myanma müsəlmanlarına kömək üçün ilk humanitar yardımı Banqladeşə göndərilib.
İRNA-nın məlumatına görə, bu gün cümə günü Banqladeşə göndərilən İranın Qırmızı Aypara Cəmiyyətinin 40 tonluq humanitar yardımı səhiyyə, ilkin ehtiyaclar, tibb və ərzaq məhsullarına şamil olur.
İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri Murtaza Səlimi jurnalistlərə verdiyi açıqlamada bu humanitar yardımların rohinca müsəlmanları arasında paylanması üçün Myanma hökumətinin əməkdaşlıq etməməsinə toxunaraq deyib: Bu humanitar yardım Banqladeşdə yaradılan düşərgələrdə myanmalı didərginlər arasında paylanacaq.
Səlimi Myanma müsəlmanları üçün 150 tonluq humanitar yardımın göndərilməsinin proqnoz olunduğunu bildirərək deyib: İranın Qırmızı Aypara Cəmiyyəti və xarici işlər nazirinin müavinindən ibarət qiymətləndirmə heyəti Myanma müsəlmanlarının yerləşdirilməsi, səhiyyə və ərzaq vəziyyətinin öyrənilməsi üçün humanitar yardımla Banqladeşə səfər edib. Belə ki, ilkin və ikinci dəyərləndirmədən sonra qalan humanitar yardım da göndəriləcək.
O həmçinin 400 xilas çadırının da yaradılmasına hazırlığın görüldüyünü bildirib.