Ayətullah Nuri Həmədani: Myanma müsəlmanlarının qırğınını unutmaq olmaz
https://azeri.sahartv.ir/news/İran-i282409-ayətullah_nuri_həmədani_myanma_müsəlmanlarının_qırğınını_unutmaq_olmaz
Böyük təqlid mərcələrindən Ayətulla Hüseyn Nuri Həmədani deyib: Dünya müsəlmanları Myanma müsəlmanlarının qırğın edilməsini unutmamalı və etinasız qalmamalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2017 06:55 Asia/Baku
  • Ayətullah Nuri Həmədani: Myanma müsəlmanlarının qırğınını unutmaq olmaz
    Ayətullah Nuri Həmədani: Myanma müsəlmanlarının qırğınını unutmaq olmaz

Böyük təqlid mərcələrindən Ayətulla Hüseyn Nuri Həmədani deyib: Dünya müsəlmanları Myanma müsəlmanlarının qırğın edilməsini unutmamalı və etinasız qalmamalıdırlar.

İRNA-nın məlumatına görə, Ayətullah Hüseyn Nuri Həmədani cümə axşamı gecə Beyrutda Livanda yaşayan iranlılarla görüşündə bildirib: İslam ictimaiyyətlərinin olayları qarşısında etinasız qalmaq olmaz. Çünki islam dinində coğrafiya sərhədlərinin mənası yoxdur və bu din müsəlmanların bir-birləri ilə əlaqədə olmasını istəyir. 

Ayətullah Nuri Həmədani Myanmada müsəlmanların qırğın edilməsinə toxunaraq bildirib: Dünyanın hazırkı şəraitində Allah yolunda qəzəb və düşmənçiliyin meyarı sionist rejim qarşısında dayanmaq və Allah yolunda dostluq meyarı bütün zəiflərə, o cümlədən məzlum Myanma müsəlmanlarına kömək etməkdir.