Sen 15, 2017 17:22 Asia/Baku
  • ABŞ-ın son qərarının İranın təyyarə müqaviləsinə təsiri yoxdur
    ABŞ-ın son qərarının İranın təyyarə müqaviləsinə təsiri yoxdur

İranın Aviasiya Təşkilatının sədri deyib: İranla yeni təyyarələrin satın alınması müqavilələri beynəlxalq səviyyədə imzalanıb və ABŞ Nümayəndələr Palatasının İrana təyyarə satışının qadağan edilməsi üzrə son qərarının bu müqavilələrin icrasına təsiri yoxdur.

ABŞ Nümayəndələr Palatası çərşənbə günü bir qərar qəbul edərək İrana sərnişin təyyarələrinin satılmasını qadağan edib.

İranın Mülki Aviasiya Təşkilatının sədri Əli Abidzadə İRNA-ya verdiyi müsahibədə əlavə edib: Təyyarəqayırma şirkətləri ilə imzalanan bütün müqavilələr Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən həyata keçirilib və İranın dünya ictimaiyyəti ilə anlaşması BMT tərəfindən də təsdiqlənmişdir.

Abidzadə bildirib: Bütün şirkətlər müqavilələrlə sadiqdirlər və bu müqavilələr icraya qoyulmalıdır.

Teqlər