Sen 15, 2017 17:44 Asia/Baku
  • Brucerdi: İran əleyhinə yeni sanksiyalar nüvə anlaşmasını aşkar şəkildə pozur
    Brucerdi: İran əleyhinə yeni sanksiyalar nüvə anlaşmasını aşkar şəkildə pozur

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri ABŞ Nümayəndələr palatasının İran əleyhinə yeni sanksiyalar tətbiq etməsini nüvə anlaşmasının açıq-aşkar pozulması adlandırıb və deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına İranın nəzarət komitəsi tezliklə bu hərəkətə qətiyyətli cavab verəcək.

Əlaəddin Brucerdi İRİB-ə verdiyi müsahibədə bildirib: Nüvə anlaşmasının minimum iki yerində bir dəfə mətnində, bir dəfə də əlavəsində qeyd olunub ki, sərnişin təyyarələri heç bir məhdudiyyət olmadan İrana satılmalıdır.

Brucerdinin sözlərinə görə, ABŞ-ın çox gizli pilotsuz uçan aparatını yerə endirən və dörd il ərzində əks mühəndisliklə onu simulyasiya edən və yenidən uçuran xalq belə hərəktələrlə geri çəkilməyəcək.

Teqlər