Sen 16, 2017 09:53 Asia/Baku
  • General Hacızadə: Sepah ABŞ ordusunun komandanlıq mərkəzlərinə nüfuz edib

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika Qüvvələri komandanı deyib: Sepah ötən bir neçə il ərzində ABŞ ordusunun komandanlıq nəzarət mərkəzlərinə nüfuz edib.

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika Qüvvələri komandanı general-mayor Əmir Əli Hacızadə cümə günü İRİB-ə müsahibəsində deyib: ABŞ-ın Yaxın Şərq regionu üçün önəmli proqramları vardı. İslam İnqilabı Keşikçilər Korpusu Sepah ABŞ-ın bütün planlarını məğlubiyyətə uğratdı. 

General Hacızadə İran İslam İnqilabı Keşikçilər Korpusunun Birləşmiş Ştatların regionda hərbi fəaliyyətlərinə dair sənədlər əldə etdiyini bəyan edərək bildirib: İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın ABŞ-ın İraq və Suriyada İŞİD terror qruplaşmasını dəstəkləməsinə dair sənədləri vardır. İcazə verildiyi halda, onları yayımlayacaq. Bu isə ABŞ üçün böyük rüsvayçılıq olacaq. 

General Hacızadə İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahı Yaxın Şərq regionunda ilk qüdrət adlandırıb və əlavə edib: Dünyada Sepaha tay ordu yoxdur və təkfirçilərlə mübarizə üçün bölgəyə gələn dünyanın bir çox ölkələrinin orduları İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah kimi uğurlu olmamışlar. 

General Hacızadə deyib: İran raket silahları və radar sistemləri sahəsində dünya səviyyəsinə çatmışdır. 

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika Qüvvələri komandanı həmçinin "bombaların anası" sayılan bombaya sahib olmasına dair ABŞ-ın iddiasına toxunaraq deyib: İranın "bombaların atası" bombası vardır və İranın müdafiə sənayesi İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sifarişinə əsasən bombalar istehsal edib ki, təxminən 10 ton çəkisi vardır. 

Teqlər