Tehran dini tələbələri Myanma müsəlmanlarının qırğın edilməsini pisləyib
https://azeri.sahartv.ir/news/İran-i282557-tehran_dini_tələbələri_myanma_müsəlmanlarının_qırğın_edilməsini_pisləyib
Tehran Dini Elm Hövzələrinin bir qrup müəllimi və tələbəsi məzlum Myuanma müsəlmanlarına dəstək olaraq Tehranda BMT ofisi qarşısına toplaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2017 12:29 Asia/Baku
  • Tehran dini tələbələri Myanma müsəlmanlarının qırğın edilməsini pisləyib

Tehran Dini Elm Hövzələrinin bir qrup müəllimi və tələbəsi məzlum Myuanma müsəlmanlarına dəstək olaraq Tehranda BMT ofisi qarşısına toplaşıb.

İRİB-in məlumatına görə, Tehran Dini Elm Hövzələrinin müəllim və tələbələri bu aksiyada Myanma müsəlmanlarının qırğın edilməsini və beynəlxalq təşkilatların sükutunu qınayan şüarlar səsləndiriblər. 

Aksiyanın sonunda oxunan bəyanatda BMT, islam ölkələri və İran İslam Respublikası rəsmilərinin Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinə diqqət yetirmələri vurğulanıb. 

Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub, yaralanıb və 400 min nəfər didərgin düşüb.