Mərivan şəhəri YUNESKO tərəfindən "kürd çarığı" şəhəri kimi qeydə alınıb
-
Mərivan şəhəri YUNESKO tərəfindən "kürd çarığı" şəhəri kimi qeydə alınıb
İranın Kürdüstan ostanı Mədəni İrs idarəsinin müdiri deyib: Mərivan şəhəri "kürd çarığı"(orijinal adı Give və ya Kəlaş) şəhəri adı altında YUNESKO tərəfindən qeydə alınıb.
Seyid Möhsün Ələvi İRNA ilə müsahibədə deyib: Mərivanda 4355 sənətkarın "kürd çarığı" toxumaqla məşğul olması bu şəhərin dünya səviyyəsində bir əl işləri sənayesi şəhəri kimi qeydə alınmasına şərait yaradıb.
Ələvi əlavə edib: İndiyə kimi İranın 4 şəhəri müxtəlif bacarıqlrına görə, o cümlədən Məşhəd şəhəri qiymətli daşlarına, İsfahan əl işləri sənayesinə, Təbriz əl xalçaları və Lalecin dulusçuluq sənəti ilə YUNESKO tərəfindən qeydə alınıb.
"Kürd çarığı" 2 min illik tarixə malikdir və kürdlərə məxsus çarıq növüdür.
"Kürd çarığı" tamamilə parçadan hazırlanır və üst hissəsi də sapla toxunur.