Sen 17, 2017 14:44 Asia/Baku
  • Şəmxani: İran İraq Kürdüstanının müstəqillik referendumu ilə müxalifdir
    Şəmxani: İran İraq Kürdüstanının müstəqillik referendumu ilə müxalifdir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran İslam Respublikası daim çətin günlərdə kənarında olduğu kürdlərin dostu və müttəfiqi olaraq müstəqillik üzrə referendumun keçirilməsini İraq Kürdüstanının xeyrinə bilmir və bu referendumla müxalifdir.

Əli Şəmxani İRİB-yə verdiyi müsahibədə deyib: İraq bu ölkə xalqının fədakarlıqları və qəhrəmanlıqları ilə ölkə ərazisinin terrorçulardan təmizlənməsi əməliyyatının sonuna yaxınlaşdığı bir dövrdə belə bir addımın atılması regionun, İraqın və xüsusi ilə də İraq Kürdüstanının təhlükəsizliyinə qarşı atılmış bir addım olacaq.

Şəmxani İraq hökumətində kürdlərin həlledici roluna və bu potensialdan İraq Kürdüstanının siyasi, iqtisadi və təhlükəsizlik strukturunun möhkəmləndirilməsi istiqamətində faydalanmağın zərurətinə təkid edərək, deyib: İran sadəcə vahid və federal dövlətə malik olan bir İraqı rəsmən tanıyır.

Teqlər