Sen 18, 2017 21:24 Asia/Baku
  • Salehi: ABŞ-ın düşmən rəftarı nüvə sazişinin ruhuna ziddir

İranın Atom Enerjisi Təşkilatının sədri Amerika dövlətinin düşmən rəftarını Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) mətni və ruhuna zidd olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, Əli Əkbər Salehi bu gün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 61-ci konfransında etdiyi çıxışında deyib: ABŞ dövlətinin rəftarı və bu ölkənin nüvə sazişini əngəlləmək və İranın bu sazişdən faydalanmağına mane olmaq cəhdləri ƏMTP-nın mətni və ruhuna ziddir və AEBA bu kimi qəbulolunmaz tələblər qarşısında müqavimət göstərməli və təftişlər yolu ilə əldə olunan həssas texniki informasiyaları mühafizə etməlidir. 

Salehi İranın bütün nüvə fəaliyyətlərinin ən önəmli cəhətinin AEBA tərəfindən davamlı olaraq öz təsdiqini tapması olduğunu diqqətə çəkərək deyib: İran tam sədaqətlə və xoşməramlılıqla ƏMTP çərçivəsində bütün öhdəliklərini yerinə yetirib və İranın nüvə fəaliyyətləri maksimum şəffaflığa malikdir və nüvə mərkəzlərinə yekun təftişlər də həyata keçirilir. 

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: AEBA-ya üzv ölkələr nüvə silahlarına malik olan sionist rejimi bu agentliyə üzv olmağa məcbur etməlidirlər. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 61-ci konfransı bu gün Vyanada öz işinə başlayıb və beş gün müddətində davam edəcək. Konfransda 168 üzv ölkənin nümayəndələri iştirak edirlər. 

Teqlər