Vilayəti: Nüvə anlaşması haqda yeni müzakirələr qəbul olunmur
-
Vilayəti: Nüvə anlaşması haqda yeni müzakirələr qəbul olunmur
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda yenidən müzakirələrin başlanması üzrə qərblilərin təklifi haqda deyib: Nüvə anlaşması haqda yenidən müzakirə İran İslam Respublikası tərəfindən qəbul olunmur.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti çərşənbə axşamı günü İRİB-ə müsahibəsində bildirib: Bu müzakirələr bir dəfə keçirilib və İran və 5+1 qrupu (İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) ilə uzun müddət müzakirələr apardı və iki tərəf nəticəyə çatdılar. Heç bir ölkə tərəfindən bu müqavilədə şübhə qəbul ediləsi deyildir.
İran və 5+1 qrupunun nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunub. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti anlaşmanın icrasında öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.