200 milyon barel qaz kondensatı ixrac olunub
Sen 19, 2017 19:53 Asia/Baku
-
200 milyon barel qaz kondensatı ixrac olunub
İranın Neft Terminalları Şirkətinin icra direktoru deyib: 2016-cı ildə İranın cənubunda Buşehr vilayətində Əsəluyə terminalı vasitəsi ilə Cənubi Pars yatağının 206 milyon barel qaz kondensatı ixrac olunub.
ŞANA-nın məlumatına görə, Seyid Piruz Musəvi bildirib: 2015-ci illə müqayisədə 2016-cı ildə İranın Əsəluyə terminalından 206 milyon barel qaz kondensatı ixrac olunub və bu da 48% artımın olduğunu göstərir.